RU

Saçım bir gecədə ağardı deyənlərin diqqətinə Stress və qidalanma...

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Biruni Universiteti Tibb Fakültəsi Xəstəxanasının Genetik Xəstəliklərin Diaqnostikası və Qiymətləndirilməsi Mərkəzinin rəhbəri, professor doktor Zeynəb Ocak bildirib ki, saçın ağarmasında stres, həyat tərzi və qidalanma təsirli olsa da, əsas müəyyənedici amil genetik quruluşdur.Professor Ocak qeyd edib ki, saçın ağarması hər zaman yaşla birbaşa əlaqəli deyil. Bəzi insanlarda 20 yaşlarında ağ saçlar görünə bilər, bəzilərində isə 50 yaşa qədər bir dənə belə ağ saç olmaya bilər.Ocak bildirib ki, saç rəngini müəyyən edən əsas faktor saç köklərində yerləşən və “melanosit” adlanan hüceyrələrin istehsal etdiyi “melanin” piqmentidir. Bu hüceyrələr nə qədər aktivdirsə, saç o qədər tünd rəngli olur.Zaman keçdikcə melanositlərin sayının azaldığını və ya piqment istehsalının dayana bildiyini vurğulayan Ocak deyib:“Bu proses başladıqda saç əvvəlcə boz, daha sonra isə ağ rəngə çevrilir. Bu proses fərqli insanlarda müxtəlif yaşlarda başlaya bilər, lakin əsas səbəb genetik amillərdir. Valideynlərində erkən yaşda saç ağarması olan şəxslərdə eyni vəziyyətin yaranma ehtimalı çox yüksəkdir. IRF4, MC1R və MITF kimi bəzi genlər melanin istehsalına və saç köklərindəki hüceyrələrin ömrünə birbaşa təsir edir.”Professor Ocak, cəmiyyətdə tez-tez deyilən “stresdən saçım bir gecədə ağardı” ifadəsinin elmi baxımdan tam doğru olmasa da, stresin dolayı təsirinin olduğunu qeyd edib.Uzunmüddətli stresin saç köklərindəki kök hüceyrələrə zərər verdiyini bildirən Ocak əlavə edib:“Zamanla bu vəziyyət genetik meyilliyi olan insanlarda saçın daha erkən ağarmasına səbəb ola bilər.”Ocak qeyd edib ki, 30 yaşdan əvvəl saçların nəzərəçarpacaq dərəcədə ağarması “erkən ağarma” sayılır və bu, çox vaxt vitamin və ya mineral çatışmazlığının göstəricisi ola bilər.Xüsusilə B12 vitamini, dəmir və mis çatışmazlığının buna səbəb ola biləcəyini bildirən Ocak vurğulayıb ki, daha nadir hallarda bu, bəzi genetik pozuntuların əlaməti də ola bilər.“Saçın ağarması xəstəlik deyil, təbii bioloji prosesdir”Ocak saçın ağarmasında etnik mənşənin də rol oynadığını qeyd edib:“Avropa mənşəli insanlarda saçlar daha erkən yaşda tam ağarır, Saharaaltı Afrika mənşəli cəmiyyətlərdə isə ağarma daha gec və daha az intensivlikdə müşahidə olunur.”Elm dünyasında saçın ağarmasını dayandırmaq üçün araşdırmaların davam etdiyini, lakin hələlik qəti müalicə üsulunun olmadığını bildirən Ocak sözlərini belə yekunlaşdırıb:“Saçın ağarması xəstəlik deyil, təbii bioloji prosesdir. Boyalar müvəqqəti həll təqdim edir, amma prosesi tam dayandırmaq mümkün deyil. Saçın ağarması çox vaxt genlərin yazdığı bir ssenaridir. Stres, həyat tərzi və qidalanma bu ssenarini sürətləndirə bilər, lakin əsas rol genetikaya məxsusdur.”Leyla

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
26
demokrat.az

1Источники