Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri David Sonqulaşvilinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə "Far.Az"a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüş zamanı iki ölkə arasında ətraf mühitin mühafizəsi sahəsində mövcud əməkdaşlıq məsələləri və gələcək perspektivlər müzakirə olunub.
Eyni zamanda, ölkədə keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) və Ümumdünya Ətraf Mühit Gününə (WED) hazırlıq prosesi barədə qonaqlara məlumat verilib.