RU

Bakı Ekspo Mərkəzində Beynəlxalq Kənd Təsərrüfatı və Qida Sərgiləri işə başladı

Bu gün Bakı Ekspo Mərkəzində “Caspian Agro Week” – 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu, “InterFood Azerbaijan” – 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi və “Horeca Caspian” – 14-cü Xəzər Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar Sərgisi işə başlayıb. Sərgilər 8 may tarixinədək davam edəcək.

Qeyd edək ki, bu il sərgilər bir sıra yeniliklərlə yadda qalacaq. Daha öncə “Caspian Agro” adı ilə tanınan sərgi 2026-cı ildən etibarən “Caspian Agro Week” adı ilə keçirilir və Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu kimi daha geniş konsepsiya ilə təşkil olunub. Yenilənmiş sərgi həm iştirakçılar, həm də ziyarətçilər üçün sektorlararası əməkdaşlıq, geniş netvörkinq və effektiv biznes dialoqu üçün şərait yaradacaq.

Sərgilərdə dünyanın 45 ölkəsindən 447 şirkət iştirak edir. Bu ölkələr sırasında Almaniya, ABŞ, Belarus, Benin, Böyük Britaniya, Braziliya, Cənubi Koreya, Çin, Fransa, Hindistan, İndoneziya, İspaniya, İtaliya, Kamerun, Meksika, Nigeriya, Polşa, Qazaxstan, Rusiya, Türkiyə, Yaponiya, Vyetnam və digər ölkələr yer alır.

Eyni zamanda Almaniya, Belarus, Braziliya, Gürcüstan, İtaliya, Koreya, Niderland və İndoneziya milli qruplar formatında məhsullarını təqdim edirlər. Bu il sərgilərdə AFAZ (Africa-Azerbaijan Cooperation) ayrıca stendlə iştirak edir və burada Benin, Cənubi Sudan, Efiopiya, Fil Dişi Sahili, Kamerun, Nigeriya, Qana, Seneqal, Somali, Tanzaniya və Zambiya şirkətləri təmsil olunur. Qeyd edək ki, AFAZ və Braziliya sərgilərə ilk dəfə qatılır.

Züleyxa ƏLİYEVA, 

“Azərbaycan

Избранный
2
2
azerbaijan-news.az

10Источники