
ABŞ-də benzinin orta qiyməti 7 apreldə İranla atəşkəs elan edildikdən bəri ən böyük bir günlük sıçrayış olmaqla yeni bir maksimuma çatdı - qallon üçün 4,39 dollar (3,79 litr).
Yeniavaz.com xəbər verir ki, bu barədə “NBC News” yanacaq bazarının monitorinq məlumatlarına istinadən məlumat yayıb.
Müharibənin başlanğıcından bəri qurğuşunsuz benzinin orta qiyməti 47%-dən çox artıb, neftin qiyməti isə bu il təxminən 80% artıb. Qiymət təzyiqinin artması ABŞ Prezidenti Donald Trampın İran limanlarının blokadasını davam etdirmək niyyəti ilə bağlıdır.