Sumqayıt şəhəri, Üzeyir Hacıbəyli küçəsində avtomobil yolunda çökmə baş verib.
ONN media xəbər verir ki, nəticədə yolun hərəkət hissəsində təxminən 5 metr diametrlik iri oyuq yaranıb.
Çökməyə səbəb kimi kanalizasiya xəttində qəzanın baş verməsi göstərilir.
Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub, hazırda təhlükəsizlik tədbirləri görülür və problemin aradan qaldırılması istiqamətində işlər aparılır.
***
Sumqayıt şəhəri, Üzeyir Hacıbəyli küçəsində yerləşən 600 mm diametrli kanalizasiya xəttində çökmə baş verib.
Bu barədə Sumqayıt Şəhər İcra Hakimiyyəti asfalt yolda oyuq yaranmasının səbəbinə aydınlıq gətirərkən məlumat verib.
Bildirilib ki, hazırda ərazidə müvafiq qurumlar tərəfindən təhlükəsizlik tədbirləri həyata keçirilir, hadisə yerinə giriş-çıxış nəzarətə götürülüb.
"Yaranmış problemin aradan qaldırılması məqsədilə sabahdan etibarən təmir-bərpa işlərinə başlanılacaq və işlərin qısa müddətdə yekunlaşdırılması üçün bütün zəruri tədbirlər görüləcəkdir", - məlumatda qeyd edilib
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта