RU

Avstriya Kənd Təsərrüfatı Klasteri Azərbaycanla əməkdaşlığa başlayır

Avstriya Kənd Təsərrüfatı Klasteri (“Austrian Agricultural Cluster”) Azərbaycan fermerləri və aqroholdinqləri ilə əməkdaşlığa başlamaq niyyətindədir. Bu barədə qurumun Baş meneceri Hermann Vizer Bakıda keçirilən 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu çərçivəsində bildirib.

Hermann Vizer təmsil etdiyi qurum haqqında açıqlama verərək qeyd edib ki, klaster ixrac yönümlü assosiasiyadır və damazlıq heyvanlar, heyvandarlıq üçün yaşayış sistemləri, yem təminatı və ümumilikdə ət və süd istehsalı sahəsində geniş çeşiddə həllər təqdim edir.

O, həmçinin emal texnologiyaları üzrə fəaliyyətləri barədə danışıb: “Berch” şirkəti vasitəsilə kəsim məntəqələri, ət emalı zavodları və süd məhsulları istehsal edən fabrikləri təqdim edirik. Hazırda qurum Bakıda Avstriyanın Ticarət Nümayəndəliyi ilə birgə fəaliyyət göstərir.

Züleyxa ƏLİYEVA, 

“Azərbaycan

Избранный
19
azerbaijan-news.az

1Источники