RU

ÜST dən kruiz gəmisindəki ölümcül hantavirus infeksiyası ilə bağlı AÇIQLAMA

ain.az bildirir, Moderator.az portalına istinadən.

"MV Hondius" kruiz gəmisində hantavirus əlamətləri müşahidə edilən ilk sərnişinlərin infeksiyaya gəmiyə daxil olmazdan öncə yoluxduğu məlum olub.

Moderator.az-ın TASS agentliyinə istinadla yaydığı xəbərə əsasən, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Epidemiya və Pandemiyaya Hazırlıq və Profilaktika üzrə direktor əvəzi Maria Van Kerkhove məlumat paylaşıb.

"İnfeksiyaya yoluxmanın gəmidən kənarda baş verdiyini və həmin şəxslərin (ilk yoluxan ər və arvad - red.) kruiz laynerinə artıq xəstə halda daxil olduqlarını ehtimal edirik", - deyə o, Cenevrədə təşkil olunan brifinq zamanı qeyd edib.

Mütəxəssis vurğulayıb ki, bir həftə ilə altı həftə arasında davam edən hantavirusun inkubasiya dövrü bu ehtimalı təsdiqləyir. Onun açıqlamasına əsasən, ilk xəstələnən sərnişinlər gəmiyə Argentina ərazisində daxil olublar. Van Kerkhove həmçinin bildirib ki, ÜST nümayəndələrinə gəmi daxilində virusun potensial daşıyıcısı kimi tanınan siçovulların aşkar edilmədiyi barədə məlumat çatdırılıb.

"Ümumdünya Səhiyyə Təşkilatının qənaətinə görə, "MV Hondius" kruiz laynerində hantavirusun ən riskli ştammlarından sayılan Andes virusunun yayılması qeydə alınıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
7
9
moderator.az

10Источники