Qaynarinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Pomidorun qabığını soymaq üçün adətən qaynar sudan istifadə olunur. Lakin mütəxəssislər bildirirlər ki, bu proses daha asan və alternativ üsullarla da həyata keçirilə bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə Kobieta.Gazeta.PL nəşri yazıb.
Bəzən pomidorun qabığını soymağa ehtiyac olmur. Dietoloqların fikrincə, qabıq tamamilə çıxarılmamalıdır, çünki onun tərkibində faydalı maddələr var. Lakin həzm problemi olan insanlar, uşaqlar və ya daha yumşaq konsistensiya tələb edən sous və şorba hazırlanması zamanı qabığın çıxarılması daha məqsədəuyğun hesab edilir.
Mütəxəssislər ənənəvi üsul kimi pomidorların üzərinə qaynar su tökülüb bir neçə saniyə saxlanmasını və sonra buzlu soyuq suya salınmasını tövsiyə edirlər. Bundan əvvəl isə pomidorun üzərində çarpaz kəsik etmək lazımdır. Bu zaman qabıq asanlıqla ayrılır.
Bununla yanaşı, digər alternativ üsullar da mövcuddur:
Mikrodalğalı soba
Pomidorlar bir neçə saniyə qızdırılır. Lakin çox saxlanılmamalıdır, çünki partlaya bilər.
Soba üsulu
Pomidorlar 180 dərəcə qızdırılmış sobada 15 dəqiqəyə qədər saxlanılır. Bu üsul daha çox şorba və sous hazırlanması üçün uyğundur.
Dondurucu üsulu
Pomidorlar bir gecə dondurucuda saxlanılır. Daha sonra ilıq su ilə yuyulduqda qabıq asanlıqla ayrılır.
Mütəxəssislər qeyd edirlər ki, bu üsullar əsasən sous, püre və şorba hazırlanması üçün daha uyğundur. Sandviç və təzə istifadə üçün isə ənənəvi qaynar su üsulu daha əlverişli hesab edilir.
Günay
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.