RU

Zaur Şiriyev İrəvanda: Biz orta gücük!

ain.az, Axar.az portalına istinadən məlumat yayır.

Regionumuzun strateji muxtariyyətdən yararlanması üçün xarici güclərin rolu vacibdir.

Axar.az xəbər verir ki, bu sözləri azərbaycanlı politoloq Zaur Şiriyev bu gün keçirilən "İrəvan Dialoqu 2026" beynəlxalq konfransında deyib.

Onun sözlərinə görə, regionda yeni bir nizam yaratmaqda maraqlı olanlar üçüncü tərəflərə etibar etməkdənsə, üç ölkəyə diqqət yetirməli və onlar arasında qarşılıqlı asılılıq yaratmalıdırlar:

“Bu, ABŞ, avropalılar və digər ölkələrə aiddir. Son 30 ildə Azərbaycan öz qərarları, eləcə də resursları və müttəfiq münasibətləri sayəsində strateji muxtariyyət əldə edib. Müttəfiq dedikdə, Türkiyəni nəzərdə tuturam. Bəs o, bütün region üçün strateji muxtariyyət təmin edə biləcəkmi? Hələlik yox. Lakin regiondakı bir ölkə muxtariyyət əldə etməyə başlayıbsa, bu, hər üç ölkəyə yayıla bilər”.

O, Qazaxıstan, Azərbaycan və Türkiyə kimi ölkələri "orta güclər" adlandırıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
18
axar.az

1Источники