RU

​Çörəyin “vətəni” qonşu ölkə imiş -

Gündəlik qidalanmada ən çox istifadə edilən məhsullardan biri olan çörəyin mənşəyi ilə bağlı mühüm elmi nəticə əldə olunub. Aparılan yeni araşdırmalar çörəyin “ana vətəni”nin Cənubi Qafqaz, daha dəqiq desək Gürcüstan ərazisi olduğunu ortaya çıxarıb. Metbuat.az xəbər verir ki, alimlər Gürcüstandakı Gadachrili Gora və Shulaveris Gora adlı Neolit dövrünə aid qədim yaşayış məntəqələrində aparılan qazıntılar zamanı təxminən 8 min il əvvələ aid buğda qalıqları aşkar ediblər. Bu tapıntılar çörək buğdasının ilk dəfə məhz bu bölgədə formalaşdığını göstərir. Tədqiqatçılar bildiriblər ki, bu kəşf təkcə qida tarixini deyil, həm də insanların köçəri həyatdan oturaq həyata keçid prosesini daha yaxşı anlamağa imkan verir. Çörəyin yaranması insan sivilizasiyasının inkişafında əsas dönüş nöqtələrindən biri sayılır.

Beləliklə, hər gün süfrələrimizin vazkeçilməz neməti olan çörəyin tarixi min illər öncə Qafqazda başlayan qədim bir ənənəyə dayanır.

Избранный
19
metbuat.az

1Источники