RU

Millimiz Macarıstanda iki yoxlama oyunu keçirəcək

Azərbaycan milli komandası mayın 28-dən 30-dək Bakıda, iyunun 1-dən 10-dək isə Avstriyanın Bad-Valtersdorf şəhərində təlim-məşq toplanışında olacaq.

Bizim.Media xəbər verir ki, millimiz Avstriya toplanışı zamanı iki yoldaşlıq oyunu keçirəcək. Komandamız iyunun 5-də Malta, 9-da isə San Marino yığması ilə qarşılaşacaq.

Oyunlar Macarıstanın Sombatxey şəhərində yerləşən Haladaş İdman Kompleksinin stadionunda keçiriləcək.

Hər iki qarşılaşmanın Bakı vaxtı ilə saat 22:00-da başlanması nəzərdə tutulur.

Bizim.Media

Избранный
1
11
bizim.media

10Источники