Rusiya neft infrastrukturun endirilən zərbələr fonunda ölkə telekanallarında gərginliyin artdığı bildirilir.
KONKRET.az xəbər verir ki, yayımlanan verilişlərdə aparıcılar və ekspertlər arasında fikir ayrılıqları diqqət çəkib.
Teleaparıcı Vladimir Solovyov efirdə Ukrayna hərbçilərinin fəaliyyət səviyyəsinin yüksək olduğunu etiraf edib. Onun qonağı Karen Şaxnazarov isə “dron sürüsü” riskindən danışaraq bunun Rusiyaya ciddi təsir göstərə biləcəyini bildirib.
Digər aparıcı Andrey Norkin isə studiyada səsləndirilən bəzi fikirlərlə razılaşmayaraq emosional reaksiyalar verib.
Ümumilikdə efirlərin tonu gərgin və ziddiyyətli olub.
Natiq Səlim,
KONKRET.az