Milli Onkologiya Mərkəzində partlayışda xəsarət alan həkim-radioloq Asif Nəsirli vəfat edib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Xatırladaq ki, 1988-ci il təvəllüdlü Mübariz Əliyev qanunsuz olaraq əldə edib saxlayaraq gəzdirdiyi partlayıcı vasitəni MOM-un Radiologiya şöbəsində partladıb. Hadisə nəticəsində M.Əliyev vəfat edib, həkim A.Nəsirli isə ağır xəsarət almışdı.
"Cebheinfo.az"