RU

Əlcəzair Prezidenti sabah Türkiyəyə rəsmi səfər edəcək

ain.az bildirir, Moderator.az saytına əsaslanaraq.

Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbun sabah Türkiyəyə rəsmi səfər edəcək.

Moderator.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Aparatının Kommunikasiya rəhbəri Burhanəddin Duran "X" sosial şəbəkə hesabında məlumat yayıb.

O, bildirib ki, Abdelmacid Tebbun türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 6-8 mayda Türkiyədə rəsmi səfərdə olacaq.

Səfər çərçivəsində mayın 7-də Ankarada Türkiyə-Əlcəzair Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ilk iclası keçiriləcək.

"Hər iki ölkənin müvafiq nazirlərinin qatılacağı Şura iclasında dost və qardaş Əlcəzairlə münasibətlər hər cəhətdən qiymətləndiriləcək və ikitərəfli əməkdaşlıq daha da inkişaf etdirmək üçün atıla biləcək addımlar müzakirə olunacaq. Görüşlərdə həmçinin mövcud regional və beynəlxalq inkişaflar da nəzərdən keçiriləcək", - məlumatda qeyd olunub.

Bundan əlavə, səfər zamanı ikitərəfli münasibətlərin müqavilə əsasını gücləndirəcəyi və müxtəlif müqavilələrin imzalanması da gözlənilir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
50
moderator.az

1Источники