Azpolitika.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
ABŞ-nin dövlət katibi və Prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Marko Rubio Vaşinqtonun Hörmüz boğazındakı əməliyyatının müdafiə xarakterli olduğunu bildirib.
"Report"un məlumatına görə, o, bu barədə Ağ Evdə keçirilən brifinqdə deyib.
"Bu, hücum əməliyyatı deyil. Bu, müdafiə əməliyyatıdır. Onun mənası çox sadədir: bizə atəş açılmadıqca atəş açmırıq. Biz onlara hücum etmirik. Amma əgər onlar bizə hücum etsələr, gəmilərə hücum etsələr, buna cavab verilməlidir", - Rubio deyib.
Onun sözlərinə görə, heç bir ölkənin beynəlxalq sular üzərində nəzarət yaratmaq hüququ yoxdur.
"Amma İran məhz bunu edir", - ABŞ dövlət katibi iddia edib.
Xatırladaq ki, 2026-cı il fevralın 28-də ABŞ və İsrail bir sıra şəhərlərə aviazərbələr endirərək İrana qarşı hərbi əməliyyata başlayıb. Buna cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib, ABŞ-nin Fars körfəzi ölkələrindəki hərbi bazalarına hücum edib.
Aprelin 8-ə keçən gecə İran, ABŞ və onların müttəfiqləri ikihəftəlik atəşkəs barədə razılığa gəliblər. Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar keçirilib. Uzun çəkən müzakirələrdən sonra tərəflər görüşü razılıq əldə etmədən başa çatdırıblar.
ABŞ Tehrana təzyiq vasitəsi kimi İran limanlarının və Hörmüz boğazından keçidin blokadaya alındığını elan edib. İran bildirib ki, Hörmüz Fars körfəzi ölkələrinə gedən gəmilər üçün artıq bağlanıb. Regiondakı vəziyyət dünya enerji böhranına səbəb olub.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.