BAKI, 6 may. TELEQRAF
ABŞ İranla qarşılıqlı anlaşma memorandumu razılaşdırmağı planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio Ağ evdə keçirdiyi brifinqdə açıqlama verib.
Onun sözlərinə görə, Vaşinqton sülh yoluna üstünlük verir və yeni gərginliyin yaranmasını istəmir. Rubio qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp gələcək danışıqlar üçün əsas məsələləri əhatə edən memorandumun hazırlanmasında maraqlıdır.
Məlumata görə, ABŞ tərəfi danışıqların xüsusi nümayəndə Stiv Uitkoff və iş adamı Cared Kuşner vasitəsilə aparılmasını üstün tutur.
Qeyd edək ki, ABŞ və İsrail arasında İranla bağlı gərginlik son aylarda artıb. Tərəflər arasında atəşkəs elan olunsa da, uzunmüddətli razılaşma əldə olunmayıb.