RU

Çadda hərbi bazaya hücum, 23 hərbçi həlak olub

525.az saytına istinadən ain.az xəbər verir.

Çad Respublikasında "Boko Haram" hərbi qruplaşması Çad gölünün şərqində yerləşən "Barka Tolorom" hərbi bazasına hücum edib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hücum nəticəsində 23 hərbçi həlak olub.

Ölkənin hərbi mənbələrinin verdiyi məlumata görə, 23 nəfər yaralanıb. Onların bir neçəsinin vəziyyəti ağırdır.

Həmçinin, yaraqlıların hücumunun dəf edildiyi, onlarla terrorçunun öldürüldüyü və onlara məxsus texnikanın ələ keçirildiyi də bildirilir. Ölkə prezidenti Mahamat İdris Debi ölənlərin ailələrinə başsağlığı verib.

Qeyd edək ki, bu, ilk belə fakt deyil. 2020 və 2024-cü illərdə də terrorçular hərbi bazalara hücum etmişdi. Həmin vaxt uyğun olaraq 100 və 40 hərbçi həlak olmuşdu.

L.Tağıyeva

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
13
6
525.az

8Источники