RU

Avropa Parlamentinin hesabatı reallıqdan tamamilə uzaqdır - Gürcüstan XİN

Avropa Parlamentinin Gürcüstan ilə bağlı hesabatı reallıqdan tamamilə uzaqdır. Bu hesabat Gürcüstan cəmiyyətində radikal hissləri qütbləşdirmək və təşviq etmək üçün yeni bir cəhddir.

"Ölkə.az" xəbər verir ki, bu fikirlər Gürcüstan Xarici İşlər Nazirliyinin (XİN) Avropa Parlamentinin Gürcüstanla bağlı hesabatı ilə bağlı yaydığı mətbuat açıqlamasında əksini tapıb.

Bildirilir ki, hesabat reallıqdan tamamilə uzaqdır, faktlar qəsdən təhrif edilir, absurd ittihamlar irəli sürülür və dezinformasiya yaymaq üçün məlumatları manipulyasiya etmək metodlarından istifadə olunur. Aİ institutunun bu cür ədalətsiz münasibəti Gürcüstan ilə Aİ arasındakı münasibətləri sarsıdır və ortaq maraqlarımıza zərər verir.(AZƏRTAC)

Избранный
16
2
olke.az

7Источники