RU

Övladınızın davranışındakı bu dəyişikliklərə diqqət Psixoloqdan SOS!

Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Övladınızın davranışındakı qəfil dəyişikliklər sadəcə xasiyyət deyil, ciddi bir kömək çağırışı ola bilər. Valideynlərin çoxu bu halları "yeniyetməlikdir, keçər" deyib keçsə də, əslində mənzərə daha dərindir.Demokrat.az xəbər verir ki, bunu psixoloq Sena Sivri deyib. Onun sözlərinə görə, uşaqlar yaşadıqları çətinlikləri hər zaman sözlə ifadə edə bilmirlər. Onlar daxili sıxıntılarını davranışları ilə valideynlərinə çatdırmağa çalışırlar. Günün gərgin ritmi içində bu siqnalları görməzdən gəlmək gələcəkdə daha böyük fəsadlara yol aça bilər.Sena Sivri uşaqla sağlam ünsiyyət qurmağın yollarını belə izah edir:"Uşaqlarla ünsiyyətin təməlində onların görüldüklərini və anlaşıldıqlarını hiss etmələri dayanır. Gün ərzində qısa da olsa, birlikdə keçirilən keyfiyyətli vaxt uşağın özünə inamını artırır. Onu mühakimə etmədən dinləmək duyğularını bölüşmək üçün cəsarət verir. Əgər ünsiyyət qurmaqda çətinlik çəkirsinizsə, peşəkar dəstək almaqdan çəkinməməlisiniz".Psixoloq valideynlərin mütləq diqqət etməli olduğu 6 kritik məqamı sıralayıb:1. Dərslərdə qəfil geriləmə: Uğurlu şəkildə oxuyan şagirdin qəfil dərslərdən soyuması, unutqanlıq yaşaması və ya məktəbə getmək istəməməsi ciddi siqnaldır. Bunun arxasında qorxu, həmyaşıd təzyiqi və ya özünə inamsızlıq dayana bilər.2. Gizli hərəkətlər və rəqəmsal təhlükə: Telefonu gizlətmək, gecə saatlarına qədər internetdə qalmaq və kimlərlə danışdığını gizlətmək ciddi nəzarət tələb edir. Bu, rəqəmsal mühitdə zorakılıq və ya yanlış adamlarla təmasın göstəricisi ola bilər.3. Ümidsiz ifadələr: "Mən olmasam daha yaxşı olar" və ya "Məni heç kim anlamır" kimi cümlələr heç vaxt zarafat kimi qəbul edilməməlidir. Bu, uşağın kömək çağırışıdır.4. Qəfil qəzəb partlayışları: Əvvəllər sakin olan uşağın qışqırması, əşyaları sındırması və ya ətrafına zərər verməsi daxili stresin nəticəsidir. Bu, təkcə "ərköyünlük" deyil, idarə oluna bilməyən duyğuların kükrəməsidir.5. Özünə qapanma: Əvvəllər aktiv olan uşağın otağına çəkilməsi və ailədən uzaqlaşması depressiv əlamət ola bilər. Uşaqlar bəzən öz səssizlikləri ilə fəryad edirlər.6. Yuxu və iştahın pozulması: Gecə qorxuları, tez-tez oyanmaq və ya iştahın kəsilməsi ruhsal yükün fiziki təzahürüdür. Bədən zehni gərginliyə bu yolla reaksiya verir.Psixoloq əlavə edib ki, hazırda rəqəmsal dünyanın nəzarətsiz təsiri və sosial mediada şiddətin adiləşməsi uşaqların davranışlarına mənfi təsir edir. Valideynlər "övladım küçəyə tək çıxa bilmir", "internetdə kimlərlə danışır" kimi qorxular yaşayırlar. Bu qorxu bəzən həddindən artıq nəzarətə, bəzən isə çarəsizliyə səbəb olur. Lakin unutmaq olmaz ki, erkən fərq edilən problemlər düzgün yanaşma ilə asanlıqla həll edilir.İsmayıl

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
15
39
demokrat.az

10Источники