RU

Mikel Arteta: "Simeonenin halına acıyıram"

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda heç-heçə etdiyi (1:1) "Atletiko Madrid"i bu gecə Londonda  baş tutan cavab qarşılaşmasında 1:0 hesabı ilə məğlub edən və 20 illik həsrətə son qoyaraq finala yüksələn "Arsenal"ın baş məşqçisi Mikel Arteta qələbəni dəyərləndirib.

Fanat.Az xəbər verir ki, ispaniyalı mütəxəssisin sözlərini "Marca" belə çatdırıb:

"Hamının əvəzinə qürur duyur və sevinirəm.
Bu anı çox gözləmişik. İstəyimizə çatdığımız üçün çox şadam. Bu gün azarkeşlər bizimlə fəxr edir.

"Atletiko" çox döyüşkən komandadır. Rəqib belə oyunları çox görüb və böyük təcrübəyə malikdir. Vurduğumuz qol sayəsində vəziyyəti xeyrimizə dəyişdik. Amma bundan sonra üstünlüyü qorumaq, dözmək də vacib idi.

Dieqo Simeone ilə bir-birimizi yaxşı tanıyırıq. Uğura bu qədər yaxın olarkən onun sənin əlindən alınması istənilən şəxs üçün ağırdır. Simeonenin halına acıyıram, çünki bunun nə demək olduğunu bilirəm. Bir il öncə özüm onun durumunda olmuşam".

Xatırladaq ki, "Arsenal" mayın 30-da Budapeştdə keçiriləcək finalda "Bayern Münhen" - PSJ cütünün qalibi ilə üz-üzə gələcək. Tərəflərin Fransada gerçəkləşən ilk dueli Paris təmsilçisinin 5:4 hesablı qələbəsi ilə yekunlaşıb. Bu komandaların ikinci görüşü sabah Münhendə olacaq.

Nihat

Избранный
4
fanat.az

1Источники