RU

Tramp: ABŞ Hörmüz boğazından gəmilərin keçidini müvəqqəti dayandırır

BAKI, 6 may. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazı vasitəsilə gəmilərin tranzitinin təşkili ilə bağlı əməliyyatın müvəqqəti dayandırıldığını açıqlayıb.

Teleqraf xəbər verir ki, bu qərar İranla mümkün razılaşma üzrə danışıqların nəticələrini gözləmək məqsədilə qəbul olunub.

Onun sözlərinə görə, “Project Freedom” ("Azadlıq layihəsi") adlı əməliyyat qısa müddətə dayandırılsa da, Hörmüz boğazı üzrə tam blokada qüvvədə qalacaq.

Məlumata görə, bu addım Pakistan və digər ölkələrin müraciətindən sonra atılıb. ABŞ tərəfi danışıqların uğurla başa çatması və razılaşmanın imzalanması ehtimalını qiymətləndirmək niyyətindədir.

Избранный
14
50
teleqraf.com

10Источники