RU

Hər kəs faydalı bilirdi, amma yaddaşı məhv edirmiş Araşdırmalar gözlənilməz nəticəni üzə çıxardı

ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

"Omega-3" əlavələrinin yaşlı insanlarda yaddaşın zəifləməsini sürətləndirə biləcəyi məlum olub. Bu barədə "The Journal of Prevention of Alzheimer’s Disease" (JPAD) jurnalında dərc olunan araşdırmanın nəticələrində qeyd edilib.Demokrat.az xəbər verir ki, mütəxəssislər 819 nəfərin iştirak etdiyi tədqiqatın nəticələrini təhlil ediblər. Onlardan 273 nəfəri mütəmadi olaraq omeqa-3 qəbul edib. Beş il ərzində davam edən müşahidələr zamanı iştirakçıların idrak göstəriciləri və beyin skanerlərinin nəticələri yoxlanılıb. Məlum olub ki, bu əlavələri qəbul edənlərdə yaddaş və təfəkkürün zəifləməsi digər qrupla müqayisədə daha sürətlə baş verib.Maraqlıdır ki, bu fərqlər genetik amillərlə bağlı olmayıb. Hər iki qrupda Altsheymer riski yaradan gen daşıyıcılarının sayı eyni olub. Həmçinin omeqa-3 qəbul edənlərin beynində neyrodegenerasiyanın klassik əlamətləri sayılan zülal yığılması müşahidə edilməyib.Alimlər müəyyən ediblər ki, bu əlavələri qəbul edənlərdə beynin qlükoza metabolizmi zəifləyir. Bu isə neyronlar arasındakı əlaqələrin pisləşdiyini göstərə bilər. Tədqiqat müəllifləri bildirirlər ki, əldə olunan nəticələr omeqa-3-ün beyin üçün mütləq faydalı olması fikrini şübhə altına qoyur.İsmayıl

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
3
35
demokrat.az

10Источники