Şəkidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, qəza bu gün gecə saat 02:00 radələrində Şəki şəhəri ərazisində qeydə alınıb.
“VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə nəqliyyat vasitəsində olan sərnişin, 23 yaşlı Elçin Əhmədli hadisə yerində ölüb.
Sürücü, 22 yaşlı Ömər Tanrıverdiyev və digər sərnişin, 16 yaşlı yeniyetmə isə xəsarət alıblar.
Faktla bağlı araşdırma aparılır.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu