RU

Beyləqanda növbəti ağacəkmə aksiyası keçirilib - FOTOLAR

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə elan olunmuş “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Beyləqan rayonunda həyata keçirilən silsilə tədbirlər davam etdirilir.

"Unikal" xəbər verir ki, bu tədbirlər ətraf mühitin mühafizəsi, yaşıllıq sahələrinin genişləndirilməsi və ekoloji tarazlığın qorunması istiqamətində məqsədyönlü fəaliyyətlərlə də müşayiət olunur.

Bu çərçivədə rayonun Əlinəzərli kəndində növbəti ağacəkmə aksiyası təşkil olunmuşdur.  Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov, hüquq-mühafizə orqanlarının rəhbərləri, aidiyyəti qurumların nümayəndələri və kənd sakinləri iştirak etmişlər.

Aksiya çərçivəsində müxtəlif növ ağac tingləri əkilmiş, mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilmiş və ərazinin yaşıllaşdırılması istiqamətində zəruri tədbirlər həyata keçirilmişdir.

Bu kimi tədbirlər rayon ərazisində ekoloji mühitin yaxşılaşdırılmasına və yaşıllıq sahələrinin artırılmasına mühüm töhfə verir.

Избранный
23
3
unikal.az

5Источники