RU

Anthropic maliyyə xidmətləri üçün süni intellekt agentini təqdim etdi

ain.az, Marja.az portalına istinadən məlumat yayır.

Süni intellekt və tədqiqat şirkəti "Anthropic", "Wall Street" müştərilərini artırmaq cəhdi çərçivəsində maliyyə xidmətləri üçün 10 fərqli süni intellekt agentini təqdim edib.

Şirkət "Claude"un müştəri görüşləri üçün təqdimatlar hazırlaya bilən, maliyyə hesabatlarını təhlil edə bilən və uyğunluq yoxlaması tələb olunan hallar barədə yuxarı rəhbərliyə məlumt ötürə bilən süni intellekt agentlərini bazara çıxaracaq.

Bu yenilik bəzi maliyyə xidmətləri şirkətlərinin səhmlərinin ucuzlaşmasına səbəb olub.

"FactSet Research Systems" şirkətinin səhmləri 8,1 faizə qədər, "Morningstar" səhmləri əvvəlki qazanclarını silərək 3 faizdən çox dəyər itirib. S&P Global və Moody’s səhmləri də eyni şəkildə kəskin satış təzyiqi ilə üzləşib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
1
32
marja.az

10Источники