Redaktor.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
İranın xarici işlər naziri Abbas Əraqçi bəyan edib ki, Tehran Vaşinqtonla danışıqlarda yalnız “ədalətli və hərtərəfli” razılaşmanı qəbul edəcək.
Redaktor.az xəbər verir ki, nazir bu fikirləri Pekində çinli həmkarı Vanq Yi ilə görüşü zamanı səsləndirib.
Əraqçi vurğulayıb ki, İranın mövqeyi dəyişməz olaraq qalır və istənilən razılaşma qarşılıqlı hörmətə, balanslı şərtlərə və hər iki tərəfin maraqlarına uyğun olmalıdır.
Nazirin sözlərinə görə, Tehran birtərəfli diktə edilən şərtləri qəbul etməyəcək və yalnız bərabər əsasda qurulan razılaşmaya hazırdır.
Qeyd edək ki, Tehran daha əvvəl də Vaşinqtonla dialoqda “ədalətli və balanslı” yanaşmanın əsas şərt olduğunu dəfələrlə bəyan edib.
Aminə ŞAHSUVARQIZI
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.