ain.az bildirir, Marja.az saytına əsaslanaraq.
2026-cı ilin ötən dövründə valyuta bazarında təklif tələbi üstələyib ki, bu da həm nağd, həm də qeyri-nağd seqmentlərdə özünü göstərir.
Bu barədə Marja.az Mərkəzi Banka istinadən xəbər verir.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qeyd edilib ki, ilkin rəqəmlərə görə 2026-cı ilin 4 ayında mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın alışı satışını 190 milyon ABŞ dolları üstələyib.
Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsinin son 12 ayda 2.1 faiz bəndi azalaraq 2026-cı ilin martında 28%-ə enməsi məzənnə ilə bağlı gözləntilərin nikbin olduğunu göstərir.
Xüsusilə aprel ayında keçirilən valyuta hərraclarında bankların tələbinin əhəmiyyətli azalması nəticəsində valyuta bazarında təklif artıqlığı yaranıb və Mərkəzi Bank tərəfindən alışyönlü müdaxilə həyata keçirilib. Cari ilin 4 ayında Mərkəzi Bankın valyuta ehtiyatları 10.2% artaraq 12.7 milyard ABŞ dollarına çatıb.
İş elanları AzVak.az-da
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.