RU

Azərbaycanın həyata keçirdiyi sülh təşəbbüsləri beynəlxalq səviyyədə yüksək qiymətləndirilir ŞƏRH

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 6 may AZƏRTAC

Bu gün həm regional, həm də qlobal səviyyəli platformalarda Prezident İlham Əliyevlə məsləhətləşmələr aparılır və onun mövqeyi ilə hesablaşılır. Prezident İlham Əliyevin İrəvanda keçirilən "Avropa Siyasi Birliyi"nin Zirvə görüşündə videobağlantı formatında çıxışı da bir sıra avropalı siyasətçi və parlamentarilər üçün əsl siyasi və diplomatiya dərsi oldu.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Kamilə Əliyeva söyləyib.

O bildirib ki, məhz Prezident İlham Əliyevin nümayiş etdirdiyi qətiyyətli siyasi iradə və regional sülhə xidmət edən strateji rəhbərliyi nəticəsində, Azərbaycan və Ermənistan Zirvə toplantılarının keçirilmə məkanları ilə bağlı qarşılıqlı dəstək nümayiş etdirmişdilər. Bu razılaşmaya əsasən, Azərbaycan tərəfi birliyin 8-ci Zirvə görüşünə Ermənistanın ev sahibliyi etməsinə razılıq verdi, eyni zamanda, 2028-ci il toplantısının Azərbaycanda təşkili ilə bağlı təşəbbüsü beynəlxalq səviyyədə qəbul olunmuşdu.

“Avropa Siyasi Birliyi”nin Zirvə görüşünün Ermənistanda keçirilməsinə dəstəyin verilməsi bir daha sübut edir ki, Azərbaycan dövləti regionda sülhün, sabitliyin və əmin-amanlığın bərpasının tərəfdarıdır.

"Ötən ilin avqustun 8-də Vaşinqtonda, Ağ evdə Azərbaycanla Ermənistan arasında Birgə Bəyannamənin imzalanması ilə Cənubi Qafqaz regionunda sülhün yaranmasının təməli qoyuldu.

İki dövlət arasında sülhün qurulması istiqamətində məhz Azərbaycan dövləti birtərəfli qaydada Ermənistana tətbiq edilən bütün tranzit məhdudiyyətlərini aradan qaldırdı. Orta Dəhlizin bir hissəsi olacaq “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” (TRIPP) Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirməklə yanaşı, Azərbaycan və Ermənistandan keçməklə Avropa ilə Asiyanı birləşdirən ən optimal marşrutlardan birinə çevriləcək.

Azərbaycanın həyata keçirdiyi bu sülh təşəbbüsləri beynəlxalq səviyyədə, o cümlədən Avropa Komissiyası tərəfindən də yüksək qiymətləndirilir və dəstəklənir",- deyə K. Əliyeva vurğulayıb.

O vurğulayıb ki, bəzi qüvvələr regionda sülhün bərqərar olmasına mane olmağa çalışırlar. Prezident İlham Əliyev çıxışında qətiyyətli və açıq şəkildə Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasının sülh prosesinə mane olan siyasət həyata keçirdiyini vurğuladı. Dövlətimizin başçısının qeyd etdiyi kimi, bu gün AP və AŞPA öz mandatlarına uyğun fəaliyyət göstərmək əvəzinə, Azərbaycana qarşı böhtan və şantaj xarakterli qətnamələr qəbul etməklə məşğuldur.

Azərbaycanın beynəlxalq hüquqa əsaslanaraq öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi bu qurumları narahat edir. Bu təşkilatların hansı maraqlara xidmət etdiyi də artıq hər kəsə məlumdur.

Sözsüz ki, AP və AŞPA-nın bu addımları cavabsız qalmadı. Azərbaycan Parlamenti AP ilə bütün sahələrdə əməkdaşlığın, eləcə də Avronest Parlament Assambleyasındakı üzvlüyün dayandırılması proseduruna başlanılması ilə bağlı qərar qəbul etdi.

“Prezident İlham Əliyev çıxışında AP və AŞPA kimi qurumların riyakar mövqeyini açıq şəkildə ortaya qoydu və Azərbaycanla Ermənistan arasında davamlı sülhün bərqərar olunması üçün həyata keçirdiyi siyasətin mahiyyətini avropalı dövlət və hökumət başçılarına, eləcə də beynəlxalq təşkilat rəhbərlərinə çatdırdı”, - deyə professor əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
7
1
azertag.az

2Источники