RU

Qaqauziya parlamentinə seçkilər ləğv edilib

Moldovanın Qaqauziya muxtariyyətinin hakimiyyəti Xalq Məclisinə (parlamentə) seçkiləri ləğv edib. Buna səbəb kimi Kişinyov tərəfindən yaradılan maneələr ucbatından hazırlıq işlərinin vaxtında başa çatdırıla bilməməsi göstərilir...

Poliqon xəbər verir ki, bu barədə TASS-a parlament sədrinin müavini Georgi Leyçu bildirib.

"21 iyunda seçkilər olmayacaq. Bu, birmənalıdır, bütün müddətlər artıq keçib. Hətta fərz etsək ki, Kişinyov onların keçirilməsinə mane olmağı dayandıracaq, biz yenə də çatdırmayacağıq", deyə o qeyd edib.

Xatırladaq ki, ötən ilin 5 avqustunda Moldova məhkəməsi Qaqauziya rəhbəri Yevgeniya Qutsulu "Şor" partiyasının maliyyələşdirilməsində pozuntulara görə 7 il azadlıqdan məhrum edib.

Siyasətçi 2019–2022-ci illərdə Rusiyadan Moldovaya siyasi birliyin maliyyələşdirilməsi üçün vəsait gətirib və mütəşəkkil cinayətkar qrupdan ianələr alıb. Qaqauziya rəhbəri isə bütün ittihamları rədd edərək işi siyasi motivli adlandırıb və bunu Moldovada parlament seçkiləri ilə əlaqələndirib.

Poliqon.info

Избранный
23
poliqon.info

1Источники