RU

Əraqçi Çindən mühüm bəyanat verdi - VİDEO

İran və Çin xarici işlər nazirləri arasında keçirilən rəsmi görüşdə regionda artan gərginlik və ikitərəfli strateji tərəfdaşlıq məsələləri diqqət mərkəzində olub.

Musavat.com xəbər verir ki, tərəflər hərbi əməliyyatların dayandırılması və beynəlxalq hüquq normalarına riayət olunmasının vacibliyini vurğulayıblar.

Çinin xarici işlər naziri Van İ Pekinin gərginliyi azaltmaq üçün səylərini davam etdirəcəyini bildirib.

O, tam atəşkəsin əldə olunmasını qaçılmaz şərt adlandıraraq, ABŞ və İsrailin İrana qarşı başlatdığı müharibənin beynəlxalq hüquq müstəvisində qeyri-qanuni olduğunu diqqətə çatdırıb. Van İ regionun hazırda taleyüklü bir dönəmdən keçdiyini və tərəflər arasında birbaşa təmasların zəruriliyini qeyd edib.

İranın XİN başçısı Abbas Əraqçi isə Pekini Tehranın səmimi dostu adlandıraraq, mövcud şəraitdə iki ölkə arasındakı əlaqələrin daha da möhkəmlənəcəyini bəyan edib. O, ölkəsinə qarşı aparılan hərbi hərəkətləri aşkar təcavüz kimi qiymətləndirib. Araqçı həmçinin vurğulayıb ki, Tehran danışıqlarda yalnız ədalətli və hərtərəfli razılaşma çərçivəsində öz qanuni maraqlarını qoruyacaq və bundan kənar heç bir şərti qəbul etməyəcək.

Musavat.com

Избранный
50
12
musavat.com

10Источники