RU

Peter Krauç Liverpul a 37 yaşlı hücumçunu məsləhət gördü

sport24.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Liverpul"un və İngiltərə millisinin keçmiş hücumçusu Peter Krauç bu yay "Barselona"dan ayrılacağı gözlənilən Robert Levandovskini "mersisaydlılar"a təklif edib. Sport24.az xəbər verir ki, veteran futbolçu bu barədə Paddy Power"ə danışıb:

"Bu, ağıllı bir transfer olardı. Levandovski dünya səviyyəli oyunçudur. Ola bilin, o, gənc deyil. Amma onun transferi fantastik olardı. 

İsak hələ ki, formasını bərpa edir və düşünürəm gələn il yaxşı bir mövsüm keçirəcək. Levandovski ilə kim müqavilə bağlamaq istəməz? O, hələ də qol vurmağı bacarır ki, heç kimin buna şübhəsi yoxdur. Keçən il tranferlərə xərclənən pullar özünü doğrultmadı". 

Qeyd edək ki, polşalı hücumçu bu ilin avqustunda 38 yaşını qeyd edəcək. 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
16
sport24.az

1Источники