RU

FHN-də qalib komandalarla görüş keçirilib

BAKI, 6 may. TELEQRAF

Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunda dövlət qurumları arasında keçirilmiş 3x3 basketbol və voleybol yarışlarında yüksək nəticələr əldə etmiş FHN komandalarının üzvləri ilə görüş keçirilib. Qalib idmançılarla görüşən FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev qazanılmış uğurlu nəticələrə görə komandaların üzvlərini təbrik edib, onlara gələcək yarışlarda uğurlar arzulayıb.

Qeyd edək ki, dövlət qurumlarının voleybol komandaları arasında keçirilən yarışda FHN-in həm kişilərdən, həm də qadınlardan ibarət komandaları əzmkar mübarizə apararaq çempion adını qazanıblar.

2 may 2026-cı il tarixində dövlət qurumlarının əməkdaşları arasında keçirilən 3x3 basketbol yarışında da Nazirliyin kişilərdən ibarət komandası 1-ci yerə, qadınlardan ibarət komanda isə 3-cü yerə layiq görülüb.

Qalib komandalar yarışların təşkilatçısı olan Gənclər və İdman Nazirliyinin təsis etdiyi kubok, diplom və medallarla təltif olunublar.

Избранный
8
3
teleqraf.com

4Источники