RU

“İlham Əliyev “Avropa Siyasi Birliyi” Zirvəsində beynəlxalq institutlara mesaj verdi”

Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında səsləndirdiyi fikirlər regionda gedən proseslərə kompleks siyasi yanaşmanı əks etdirir.

Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.

Deputat deyib ki, Prezidentin çıxışı regionda baş verən tarixi transformasiyanın həm siyasi, həm də institusional mahiyyətini əks etdirən mühüm siyasi bəyanatdır.

“Çıxışda səsləndirilən müddəalar göstərir ki, sülh prosesi artıq yalnız diplomatik bəyanatlar səviyyəsində deyil, real siyasi və iqtisadi mexanizmlərlə möhkəmləndirilir.

“Xüsusilə Ermənistanın 2028-ci ildə “Avropa Siyasi Birliyi” Zirvə görüşünün Azərbaycanda keçirilməsini dəstəkləməsi və qarşılıqlı əsasda gələcək zirvə görüşlərinin Bakı və İrəvanda təşkili ilə bağlı razılaşmalar regionda etimad mühitinin formalaşmasının mühüm göstəricisidir. Bu yanaşma Cənubi Qafqazın münaqişə məkanından əməkdaşlıq platformasına çevrilməsi istiqamətində yeni mərhələnin başlandığını göstərir.

Избранный
8
azpost.info

1Источники