RU

Apple iPhone istifadəçilərinə 250 milyon dollar ödəməyə razılaşdı

ABŞ-də Apple şirkəti süni intellekt xüsusiyyətləri ilə bağlı açılan toplu iddianı məhkəmədənkənar həll edərək 250 milyon dollar ödəniş etməyə razılaşıb.

Day.Az xarici KİV-ə istinadən xəbər verir ki, şirkət günahını qəbul etməsə də istifadəçiləri reklamlarla yanıltdığı iddialarını uzlaşma yolu ilə bağlamağa üstünlük verib.

İddialara görə, Apple xüsusilə Siri və Apple Intelligence funksiyalarını təqdim edərkən hələ tam hazır olmayan imkanları mövcud kimi göstərib. 2024-cü ilin iyunundan 2025-ci ilin martınadək müəyyən iPhone modellərini alan istifadəçilərə 25-95 dollar arasında kompensasiya ödəniləcək.

Məsələ fonunda şirkətin baş direktoru Tim Cook üzərində təzyiqin artdığı bildirilir. Analitiklər qeyd edir ki, OpenAI, Google və Anthropic kimi rəqiblərin sürətli inkişafı Apple-ın süni intellekt sahəsində geri qalması ilə bağlı müzakirələri gücləndirib.

Избранный
19
day.az

1Источники