RU

Çavuşoğlunun qardaşı silahlı hücuma məruz qaldı » AzadMedia.az


Türkiyənin sabiq xarici işlər naziri və millət vəkili Mövlud Çavuşoğlunun qardaşı, iş adamı Aydın Çavuşoğluna silahlı hücum edilməsi ilə bağlı məlumat yayılıb.
Hadisə Aydın Çavuşoğlunun işlədiyi ofisdə baş verib. Naməlum şəxs və ya şəxslər tərəfindən ona atəş açılıb və o, müxtəlif bədən xəsarətləri alıb. Hadisədən dərhal sonra yaralı xəstəxanaya çatdırılıb.
Həkimlərin müdaxiləsi ilə əməliyyat olunan Aydın Çavuşoğlu hazırda reanimasiya şöbəsində saxlanılır, vəziyyəti ilə bağlı hələlik rəsmi və ətraflı açıqlama verilməyib.
Hadisə yerinə cəlb olunan hüquq-mühafizə orqanlarının əməkdaşları ərazidə geniş araşdırma aparır, hücumu törədən şəxs və ya şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir. Hadisənin motivi hələlik məlum deyil.
Избранный
15
1
azadmedia.az

2Источники