RU

Şahbaz Şərif Trampa təşəkkür edib: “Azadlıq Layihəsi”nin dayandırılması sülhə töhfə verəcək

Pakistan Baş naziri Şahbaz Şərif ABŞ Prezidenti Donald Trampa Hörmüz boğazında “Project Freedom” (Azadlıq Layihəsi) əməliyyatının dayandırılması ilə bağlı qərarına görə təşəkkür edib.

APA xəbər verir ki, Şahbaz Şərif bunu “X” hesabında yazıb.

Baş nazir bildirib ki, Trampın Pakistan və digər dost ölkələrin, xüsusilə də Səudiyyə Ərəbistanın və vəliəhd şahzadə Məhəmməd bin Salmanın müraciətinə müsbət cavabı regionda sülh, sabitlik və barışığın təşviqinə mühüm töhfə verəcək.

O vurğulayıb ki, Pakistan gərginliyin azaldılması və münaqişələrin dialoq və diplomatiya yolu ilə həllinə yönəlmiş bütün təşəbbüsləri qətiyyətlə dəstəkləməyə davam edəcək.

“Pakistan təmkinin təşviqinə, münaqişələrin dialoq və sülh yolu ilə həllinə yönəlmiş bütün səyləri qətiyyətlə dəstəkləməyə sadiq qalır. Biz çox ümid edirik ki, hazırkı dinamika regionda və ondan kənarda davamlı sülh və sabitliyi təmin edəcək uzunmüddətli razılaşmaya gətirib çıxaracaq”, - Baş nazir qeyd edib.

Избранный
76
5
apa.az

7Источники