Braziliyalı hücumçu Halk karyerasını “Fluminense”də davam etdirəcək.
İdmanxeber.az-ın məlumatuna görə, 39 yaşlı forvard yeni klubu ilə 2027-ci ilin sonuna qədər müqavilə imzalayıb. O, komandaya azad agent kimi qoşulub.
Təcrübəli futbolçu son olaraq “Atletiko Mineyro”da çıxış edirdi və tərəflər mayın əvvəlində qarşılıqlı razılıqla ayrılıb.