RU

Azərbaycan BƏƏ və Hindistan investorları ilə pambıqçılıq əməkdaşlığını müzakirə edir

Azərbaycan Birləşmiş Ərəb Əmirlikləri və Hindistandan olan investorlarla pambıqçılıq sahəsində əməkdaşlıq imkanları müzakirə olunur. Bunu AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev deyib.

O bildirib ki, həmçinin tomat pastası və ketçup istehsalının lokallaşdırılması üzrə şirkətlərlə danışıqlar aparılır.

"Yanaşma yalnız xammal istehsalını deyil, həm də pambığın tekstil sənayesində emalını əhatə edən tam inteqrasiya olunmuş klaster modelinə əsaslanır. İsveçrə şirkəti Azərbaycanda qeyri-ənənəvi aqrobiznes sahəsində uğurla fəaliyyət göstərir. Şirkət Ağstafa və digər regionlarda yerfındığı və bəzi alternativ kənd təsərrüfatı məhsullarının istehsalını həyata keçirir. Effektiv logistika və bazar inteqrasiyası sayəsində məhsullar qısa müddətdə yerli pərakəndə satış şəbəkələrinə çıxarılır",- direktor vurğulayıb.

O əlavə edib ki, şirkətin genişmiqyaslı yerfındığı plantasiyalarının yaradılması, fermerlərin prosesə cəlb edilməsi və illik 100 min ton emal gücünə malik zavodun inşası planlaşdırılır.
 

"Bu təşəbbüs istehsaldan emala və ixraca qədər tam inteqrasiya olunmuş dəyər zəncirinin formalaşdırılmasına xidmət edir. Həmçinin xarici investorlar şərab zavodunu özəlləşdirərək müasir şərabçılıq istehsalını inkişaf etdirib, yeni texnologiyalar tətbiq edib, üzüm bağlarının salınması və yerli üzüm sortlarının inkişafı istiqamətində işlər görüb. Bu model kənd təsərrüfatı, emal və ixracın vahid platformada birləşdirilməsinin uğurlu nümunəsi kimi qiymətləndirilir",- o əlavə edib.

Aytac Zeynalova

Избранный
23
1
anews.az

10Источники