RU

Keçmiş birinci xanımı ittiham edən hakim ÖLÜ TAPILDI

Cənubi Koreyanın keçmiş birinci xanımı Kim Gun-hinin korrupsiya ilə bağlı işinə apellyasiya qaydasında yenidən baxılmasına sədrlik edən hakim Şin Jong-oh Seul Ali Məhkəməsinin qarşısında ölü tapılıb.

“Cebheinfo.az” xəbər verir ki, 55 yaşlı kişinin cəsədi yerli vaxtla saat 1:00 radələrində məhkəmə binasının yaxınlığındakı çiçəklər arasında olub. Onun yanında intihar qeydi tapılıb. Polis onun ölümünün səbəblərini, o cümlədən intihar ehtimalını araşdırır.

Şin Jong-oh keçmiş prezident Yun Sok-yeolun korrupsiya işinə apellyasiya qaydasında yenidən baxılmasına sədrlik edirdi. 

Cənubi Koreyanın ümumi məhkəmə sistemi Ali Məhkəmə də daxil olmaqla üç səviyyədən ibarətdir. Yanvar ayında birinci instansiya məhkəməsi Kim Gun-hee-ni 20 ay həbs cəzasına məhkum edib. 28 apreldə Şin Jong-oh cəzanı dörd ilə qədər artırıb.

"Joong-an Ilbo" qəzetinin məlumatına görə, hakimin üzərində tapılan məktubda bu işdən heç bir söz yoxdur.

2024-cü ilin dekabr ayında Yun Sok-yeol ölkə konstitusiyasını pozaraq Koreya Respublikasında hərbi vəziyyət elan edib və buna görə də 2025-ci ilin aprelində prezident vəzifəsindən uzaqlaşdırılıb.

Избранный
14
1
cebheinfo.az

2Источники