RU

Şüvəlanda “şou” göstərən sürücü Əks yolda təhlükəli anlar yaşatdı VİDEO

Avtosfer portalından verilən məlumata əsasən, ain.az bildirir.

Paytaxtın Xəzər rayonu, Şüvəlan qəsəbəsində yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü lentə alınıb.

Avtosfer.az-ın məlumatına görə, hadisə ilə bağlı görüntülər sürücü tərəfindən “TikTok” sosial şəbəkəsində paylaşılıb.

Belə ki, 99-DN-100 dövlət nömrə nişanlı “Audi” markalı avtomobilin sürücüsü hərəkət zamanı təhlükəli manevrlər edib. Kadrlarda onun qarşıdan gələn nəqliyyat vasitələrinə məhəl qoymadan dəfələrlə əks hərəkət zolağına çıxaraq yenidən öz yoluna qayıtdığı görünür. Nəticədə sürücü həm qarşı, həm də eyni istiqamətdə hərəkət edən avtomobillər üçün qəza şəraiti yaradıb.

Bundan əlavə, onun sükan arxasında kəskin sağ-sol manevrlər etdiyi də videoda aydın şəkildə əks olunub.

Nərmin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
26
avtosfer.az

1Источники