RU

Qubanın bəzi kəndlərinin adları dəyişdirilir

Bakı, 6 may, AZƏRTAC

Quba rayonunun inzibati ərazi dairəsinin tərkibinə daxil olan yaşayış məntəqələrinin adları dəyişdirilir.

AZƏRTAC xəbər verir ki, bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin mayın 6-da keçirilən iclasının gündəliyinə daxil edilmiş “Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, Quba rayonunun Vladimirovka, Alekseyevka və Timiryazev yaşayış məntəqələrinin adlarının dəyişdirilərək müvafiq olaraq, “Elbir”, “Çinarlı” və “Bəhrəli” adlandırılması təklif olunur.

Избранный
14
4
azertag.az

5Источники