Boris Xetaqurov "50 il futbolda" kitabında xatirələrini bölüşüb.


Rekord.az xəbər verir ki, Azərbaycanın əməkdar həkimi bu barədə kitabın təqdimat mərasimində açıqlama verib.


O, tədbirə qatılan hər kəsə təşəkkürlərini çatdırıb:


"Uzun müddətdir ki, fəaliyyətim barədə kitab yazmaq istəyirdim. Keçmiş xatirələri burada bölüşmək qərarına gəldim. Bütün xatirələri qeyd etmişdim. Dostum Faiq Həsənovla birlikdə bu kitabı çap etmək qərarına gəldik. Bu barədə gənclər və idman naziri Fərid Qayıbova müraciət edəndə dərhal müsbət cavab aldıq və dəstək göstərdilər. Bir daha sizə təşəkkür edirəm. Bu, sizin dəstəyiniz sayəsində oldu".


O, daha böyük kütləyə çatması üçün kitabı iki dildə çap etdiklərini söyləyib:


"Futbol veteranlarına da təşəkkür edirəm. Onlar xatirələri yada salmaqda mənə kömək etdilər". (Report)