RU

Müharibə qlobal aviasiya sektoruna necə zərər verir?

Bizimyol saytına istinadən ain.az xəbər verir.

“Financial Times” yazır ki, İranda baş verən müharibə fonunda yaranan gərginlik dünya aviasiya sektoruna ciddi təsir göstərib.

Bu təsir artıq zəncirvari şəkildə bütün sahələrdə hiss olunur.

Yanacaq qiymətlərinin kəskin artması hava nəqliyyatında xərcləri yüksəldib, təyyarə yanacağının qiymətinin iki dəfə bahalaşması isə vəziyyəti daha da ağırlaşdırıb.

Bu artım birbaşa olaraq sərnişin biletlərinin bahalaşmasına gətirib çıxarıb və uçuşlar əvvəlki sabitliyini itirib.

Avropa və Asiya arasındakı uçuşların təxminən üçdə birini təmin edən Körfəz ölkələrinin hava limanlarının bağlanması vəziyyəti daha da mürəkkəbləşdirib. Uçuşların idarə olunmasını çətin, qeyri-stabil hala salıb.

Bu səbəbdən dünya üzrə aviaşirkətlər may ayı cədvəllərindən ümumilikdə 2 milyon oturacaq yerini çıxarmağa məcbur qalıblar.

Eyni zamanda may ayı ərzində 12 min uçuşun ləğv edilməsi qeydə alınıb. Bu da sektordakı gərginliyin miqyasını açıq şəkildə göstərir.

Uçuşları azaldan və ləğv edən şirkətlər arasında ilk sırada “Türk Hava Yolları”, “Çin Hava Yolları” və “Lufthansa” yer alır.

Siyahıda həmçinin “United Airlines”, “British Airways”, “American Airlines”, “All Nippon Airways” və başqa iri aviaşirkətlər də var.

Bütün bu məlumatlar “Cirium” şirkətinin göstəricilərinə əsaslanır və qlobal aviasiya sektorunda baş verən dəyişikliklərin nə qədər dərin və təsirli olduğunu bir daha ortaya qoyur.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
54
bizimyol.info

1Источники