RU

Azərbaycanın yeni enerji erası: Romadan Bakıya uzanan işıqlı yol

ain.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Elçin Quliyev

YAP Nərimanov Rayon Təşkilatının sədri

Birmənalı şəkildə qeyd etməliyik ki, Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər son illərdə ardıcıl şəkildə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Onu da xüsusi vurğulamaq lazımdır ki, İtaliya ilə Azərbaycan arasında münasibətlərin əsası ölkəmizin müstəqilliyini bərpa etməsindən sonra, XX əsrin sonlarında qoyulub. İlk diplomatik təmaslar qısa müddət ərzində formalaşaraq qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq mühitinə çevrilib.

Bu əlaqələr ilkin mərhələdən etibarən xüsusilə enerji və iqtisadi sahələrdə ortaq maraqlar üzərində inkişaf etməyə başlayıb. Bu gün İtaliya ilə Azərbaycan arasında siyasi əlaqələr yüksək səviyyədədir və İtaliya Avropanın aparıcı dövlətləri sırasında Azərbaycanın ilk strateji tərəfdaşlarından biri kimi çıxış edir. Xüsusilə enerji sahəsində əməkdaşlıq strateji xarakter alıb.

Bu əməkdaşlıq yalnız ikitərəfli formatla məhdudlaşmır, regional və qlobal miqyasda mühüm siyasi-iqtisadi proseslərə təsir göstərən çoxşaxəli əməkdaşlıq platformasına çevrilib.

Məhz bu kontekstdə İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin Bakıya səfəri Azərbaycan–Avropa İttifaqı münasibətlərində və xüsusilə Azərbaycan–İtaliya strateji dialoqunda yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir.

Aparıcı beyin mərkəzləri hesab edirlər ki, bu səfər yüksəksəviyyəli siyasi dialoqun davamlılığını nümayiş etdirməklə yanaşı, iki ölkə arasında əməkdaşlığın yeni istiqamətlər üzrə genişlənməsinə şərait yaradır.

Hazırda Azərbaycanda həyata keçirilən irimiqyaslı layihələrdə İtaliya şirkətləri fəal iştirak edir. İşğaldan azad olunmuş ərazilərdə, eləcə də Mingəçevir şəhərində icra olunan layihələrdə İtaliya şirkətlərinin iştirakı bu əməkdaşlığın praktiki nəticələrini göstərir.

Həmçinin Zəfər muzeylərinin və müxtəlif memorial layihələrin hazırlanmasında İtaliya şirkətləri yaxından iştirak ediblər. Azərbaycan-İtaliya əməkdaşlığı yalnız iqtisadi sahə ilə məhdudlaşmır. Onu demək vacibdir ki, Azərbaycanın Aİ ilə əlaqələrinin inkişafında İtaliya mühüm rol oynayır.

Azərbaycan və İtaliya arasında formalaşmış strateji tərəfdaşlıq Avropa məkanında ən sabit və qarşılıqlı etimada əsaslanan əməkdaşlıq nümunələrindən biridir. Xüsusilə enerji sahəsində mövcud əlaqələr Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunu daha da artırır. Cənub Qaz Dəhlizi bu əməkdaşlığın əsas dayaqlarından biri kimi çıxış edir və Avropa bazarlarının dayanıqlı enerji təchizatına töhfə verir.

Azərbaycan–Avropa İttifaqı münasibətlərində iqtisadi əməkdaşlıqla yanaşı, nəqliyyat və logistika sahələri də strateji əhəmiyyət daşıyır. Orta Dəhliz və beynəlxalq tranzit marşrutlarının inkişafı Avropa ilə Asiya arasında ticarət əlaqələrinin genişlənməsinə, yükdaşımaların səmərəliliyinin artırılmasına və regionun logistika imkanlarının güclənməsinə xidmət edir. Ciorcia Meloninin Bakıya səfəri çərçivəsində keçirilən görüşlərdə enerji, investisiya, sənaye, humanitar və texnoloji əməkdaşlıq məsələləri geniş müzakirə olunub.

Bu görüşlər ikitərəfli münasibətlərin institusional əsaslarının möhkəmlənməsinə və uzunmüddətli əməkdaşlıq prioritetlərinin müəyyənləşdirilməsinə mühüm töhfə verir.

Azərbaycan beynəlxalq müstəvidə etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirir və Avropa İttifaqı ilə münasibətlərdə qarşılıqlı maraqlara əsaslanan balanslaşdırılmış əməkdaşlıq siyasətini uğurla davam etdirir. Bu yanaşma ölkəmizin regional və qlobal proseslərdə rolunu daha da artırır.

Azərbaycan–İtaliya münasibətlərinin yüksək səviyyəsi təkcə ikitərəfli əməkdaşlıq üçün deyil, həm də Azərbaycanın Avropa məkanında strateji tərəfdaş kimi mövqeyinin möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu isə gələcəkdə digər Avropa ölkələri ilə əlaqələrin daha geniş və dərin formatda inkişafına əlavə imkanlar yaradır.

Ən əsası, bu geniş əməkdaşlıq fonunda İtaliyanın Baş naziri Corcia Meloninin Ermənistana səfərindən sonra birbaşa Azərbaycana gəlməsi regional siyasi kontekst baxımından diqqətçəkən məqamdır: “Onun həm İrəvanda, həm də Bakıda səsləndirdiyi sülh və sabitlik mesajları Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqların İtaliya tərəfindən daha praqmatik şəkildə dəyərləndirildiyini göstərir. Nəticə etibarilə, Azərbaycan-İtaliya münasibətləri təkcə enerji sahəsi ilə məhdudlaşmayan, eyni zamanda, siyasi, iqtisadi, hərbi-texniki və humanitar istiqamətləri əhatə edən çoxşaxəli strateji tərəfdaşlıq modelinə çevrilib və gələcəkdə daha da dərinləşmək potensialına malikdir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
8
1
yeniazerbaycan.com

10Источники