RU

Builki buraxılış imtahanına daha çox düşündürücü suallar daxil etmişik - Məleykə Abbaszadə

"Bu il buraxılış imtahanına daha çox təhlil tələb edən, düşündürücü suallar daxil etmişik".

Redaktor.az xəbər verir ki, bu fikirləri Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə “ASAN Radio”ya müsahibəsində söyləyib.

O bildirib ki, ilkin müqayisələrə əsasən, buraxılış imtahanının nəticələri gözləniləndir. Builki nəticələr keçənilkindən kəskin şəkildə fərqlənmir: "Naxçıvan istisna olmaqla tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarının nəticələri elan olunub. Nəticələr tam açıqlandıqdan sonra ötən illə bu ilin müqayisəsini daha dəqiq aparmaq mümkün olacaq. Lakin ilkin müqayisəyə əsasən, nəticələr gözləniləndir".

M.Abbaszadənin sözlərinə görə, belə suallar imkan verir ki, proqramı orta səviyyəli bilən şagirdlərlə aşağı səviyyəli bilənlər fərqləndirilsin, yüksək səviyyədə bilən şagirdlər daha tez aşkarlansın: "Biz təkcə bilik qiymətləndirmirik, həm də şagirdlərin koqnitiv bacarıqlarını da aşkar etmək istəyirik. Bu zaman ola bilsin ki, müəyyən məsələlərə şagirdlər hazır deyillər. Onlar imtahana hazırlaşan zaman yalnız əzbərçiliklə məşğul idisə, ola bilsin ki, onların inkişafı, təhlil aparmaq, müstəqil fikir yürütmək bacarıqları inkişaf etdirilməmişdi. Ona görə də onlara həmin suallar çətin gəlir. Müəyyən sualları cavablandırmaq üçün 1-2 saniyə vaxt lazımdır. Riyaziyyatla bağlı birinci 18 suala 10 dəqiqə vaxt tələb olunur. Biz imtahandan əvvəl yoxlayırıq ki, belə sualları cavablandırmaq nə qədər vaxt aparır".

Избранный
26
1
redaktor.az

2Источники