RU

Həkimlərin də insan olduğunu unutmayın - Psixoloqdan ÇAĞIRIŞ

"Bəzən həkimlər böyük səbir nümayiş etdirərək pasiyentlərin sərt və emosional reaksiyalarını qarşılayır".

Redaktor.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsində canlı yayım zamanı Səhiyyə Nazirliyi 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının klinik psixoloqu, psixoterapevt Rövşən Nəcəfov bildirdi.

Psixoloq vurğuladı ki, pasiyentlər anlamalıdır ki, qarşısındakı da bir insandır, onun da şəxsi həyatı və dəyərləri var:

"Hər hansı həkimin şəklini və ya məlumatını rəqəmsal mühitdə paylaşaraq onu təhqir və ya lağ obyektinə çevirmək yolverilməzdir. Hər bir həkimin imkanları elm və tibbin çərçivəsi ilə müəyyən olunur. Həkim yalnız bu çərçivə daxilində fəaliyyət göstərir və bu, peşəkar yanaşmadır. Bəzən pasiyentlərin gözləntiləri reallıqla üst-üstə düşmür və bu zaman həkim hədəfə çevrilir. Halbuki sağalmayan hallar da mövcuddur, bu həm psixoloji, həm də fiziki vəziyyətlərə aiddir".

NURİYYƏ

Избранный
21
1
redaktor.az

2Источники