Dostunun mühakimə prosesində iştirakdan sonra məhkəmə binasını tərk edib gedərkən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılan və məsuliyyətə cəlb olunan Peyman Həziyevin cinayət işi üzrə araşdırma başa çatıb.BUTA.TV Oxu.az-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə prokuror təqsirləndirilən şəxsin 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmə müşavirədən qayıtdıqdan sonra hökmü elan edib. Peyman Həziyevin maddəsi 234.4.3-cü maddədən 234.1-1-ci maddəyə tövsif olunub və ona 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.