RU

Problemləri ümumiləşdirib ağlına gələni yazırlar

Redaktor.az saytına istinadən ain.az xəbər verir.

"Sosial şəbəkələrdə çox maraqlı tendensiyalar gedir və bəzən bu tendensiyalar məni bir psixoterapevt olaraq narahat edir. Çünki sosial şəbəkələrdə münaqişə, problemlər və dramatik hadisələr alqoritmlər tərəfindən daha çox önə çıxarılır və insanlar əsasən problemi görürlər".

Redaktor.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsində canlı yayım zamanı Səhiyyə Nazirliyi 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının klinik psixoloqu, psixoterapevt Rövşən Nəcəfov bildirdi.

O vurğuladı ki, kimininsə şəxsi problemi sosial şəbəkələr vasitəsilə ümumiləşdirilir, hər hansı qurum, hər hansı şəxs və ya hər hansı mütəxəssis hədəfə çevrilir:

"Hər kəs ağlına gələn hər şeyi yazmağa başlayır. İnsanlar anlamır ki, bunu uşaq da oxuyur, həssas insanlar da oxuyur. Bu gün səhiyyə ilə bağlı kiminsə şəxsi düşüncələri ümumiləşdirilərək rəqəmsal mühitdə yayılırsa, bu, ağrı yaşayan insanların müraciət etməsinə mane ola bilər. Biz bəzən başqalarının mənəvi zədələnməsinə səbəb oluruq. Sosial şəbəkələrdə hər hansı problem varsa, bu, təbii ki, işıqlandırılmalıdır, amma obyektiv və faktlara əsaslanaraq danışılmalıdır. Biz hər şeyi yalnız eşitdiklərimizə əsasən qiymətləndirə bilmərik. “Mən belə eşitmişəm, orada belə olub...” kimi yanaşmalar, rəsmi mövqe və fakt olmadan paylaşılır və alqoritm bunu böyüdərək böyük hadisəyə çevirir. Bu isə həm insanlarda ümidsizlik yaradır, həm də peşə sahiblərinə mənfi təsir göstərir. Belə olduqda qarşılıqlı etimad zəifləyir".

NURİYYƏ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
1
1
redaktor.az

2Источники