RU

Psixoloq: Qarşılıqlı hörmət, etimad və aydın ünsiyyət effektiv tibbi yardımın əsas şərtləridir

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı, 6 may, AZƏRTAC

Sağlamlıq məsələsində tərəflər yoxdur. Yalnız bir ümumi məqsəd var, o da insanın sağlamlığı və həyatıdır. Pasiyentlər və həkimlər bu məqsədin eyni tərəfindədirlər.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının klinik psixoloqu, psixoterapevt Rövşən Nəcəfov səsləndirib.

O bildirib ki, vətəndaşın keyfiyyətli tibbi xidmət almaq, hörmətlə qarşılanmaq və sağlamlığı barədə aydın, dürüst məlumat əldə etmək hüququ var. Bu hüquqların təmin olunması səhiyyə siyasətinin mahiyyətini təşkil edir. Qarşılıqlı hörmət, etimad və aydın ünsiyyət effektiv tibbi yardımın əsas şərtləridir.

“Tibb yalnız texniki biliklər toplusu deyil, eyni zamanda, psixoloji və kommunikativ prosesdir. Belə ki, pasiyentin özünü dinlənilmiş hiss etməsi və həkimin emosional vəziyyəti düzgün dəyərləndirməsi bu münasibətin təməlini formalaşdırır. İnsan eşidilmədiyini düşündükdə, ən düzgün izah belə təsir gücünü itirir. Empatiya və qarşılıqlı anlayış bu körpünü qurur. Səhiyyədə real irəliləyiş yalnız bu dəyərlər üzərində formalaşan etimad mühiti ilə mümkündür”,- deyə klinik psixoloq diqqətə çatdırıb.

Rövşən Nəcəfov Azərbaycan həkimlərinin hər gün yüksək peşəkar və mənəvi məsuliyyət daşıdığını, insan həyatı ilə bağlı qərarlar qəbul etdiklərini vurğulayıb. “Bu fəaliyyət səhiyyə sisteminin əsas dayağını təşkil edir və onun qorunması ümumi ictimai maraqdır. Tibb ictimayyəti sosial şəbəkə istifadəçilərini məlumatların yayılmasında məsuliyyətli olmağa, faktları yoxlamağa və səhiyyə sisteminə, eləcə də bu sahədə çalışan insanlara etimadı zədələyə biləcək ümumiləşdirmələrdən çəkinməyə çağırır”, - deyə o bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
27
23
azertag.az

10Источники