“Bavariya” Çempionlar Liqasının pley-off mərhələsi ilk oyunlarında məğlub olduğu 16 qarşılaşmadan yalnız dördündə növbəti mərhələyə yüksələ bilib.
İdmanxeber.az-ın məlumatına görə, Münhen təmsilçisi yarımfinal mərhələsində ilk oyunda uduzduğu heç bir qarşıdurmadan geri dönüş etməyi bacarmayıb.
Bu gün – 6 may tarixində 2025/2026 mövsümü üzrə yarımfinalın cavab oyununda “Bavariya” öz meydanında PSJ-ni qəbul edəcək. Görüş Münhendə keçiriləcək və start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.
Xatırladaq ki, komandalar arasında ilk matçda PSJ 5:4 hesablı qələbə qazanıb.